Qaşım Maqomedov “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb - FOTO

Xəbərlər
19 May 2025 12:28
57
Qaşım Maqomedov “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb - FOTO

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.

İdman.biz xəbər verir ki, idmançımız Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimində təltif olunub.

Yunanıstanın Olimpiya şəhərində keçirilən qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar. Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Paris-2024-ün gümüş mükafatçısı idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.

Tədbirdə Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.

İdman.biz