Taekvondoçularımız Sofiyada "Prezident Kuboku"nda

Xəbərlər
14 May 2025 13:28
45
Taekvondoçularımız Sofiyada "Prezident Kuboku"nda

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Prezident Kuboku" turnirində iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, yarışda yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Ayxan Tağızadənin rəhbərliyi altında dayanqa 10 idmançı çıxacaq.

Bu gün start götürəcək turnir 4 gün davam edəcək.

"Prezident Kuboku"nda ATF-in Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov ədaləti qoruyacaqlar.

Qeyd edək ki, yarışda iştirak iyulun 20-26-da Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

İdman.biz