Avropa çempionatında ikinci medal

Xəbərlər
23 Noyabr 2024 00:51
93
Avropa çempionatında ikinci medal

Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında növbəti medalı qazanıb.

İdman.biz xəbər verir ki, milli komandamızın üzvü Vasif Səlimov (63 kq) fəxri kürsüdə yer alıb.

Təmsilçimiz çempionatın bürünc medalına layiq görülüb. Medala gedən yolda ilk mərhələni rəqibsiz adlayan idmançımız Türkiyə, Ukrayna və Danimarkadan olan taekvondoçulara qalib gəlib. Vasif yarımfinalda polşalı idmançıya uduzaraq, 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Səyyad Dadaşov (54 kq) bürünc qazanıb.

İdman.biz