Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Xəbərlər
10 May 2024 22:28
96
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionatında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, 58 kq-da çıxış edən Paris-2024-ün lisenziyaçısı bu uğura Serbiyanın paytaxtı Belqradda imza atıb.

Maqomedov mübarizəyə 1/16 finaldan start verib. Taekvondoçumuz ardıcıl olaraq, Skutaru Tristan (Rumıniya, 2:0), Xalid Abdel Halim (Almaniya, 2:1) və Cek Uollini (İrlandiya 2:1) məğlub edərək yarımfinala yüksəlib. Taekvondoçumuz finala gedən yolda italiyalı Vito Dell Aquila ilə döyüşüb. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından Qaşım bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatına mayın 12-də yekun vurulacaq.

İdman.biz