Taekvondoçularımız Prezident kubokunu 12 medalla başa vurub - FOTO

Xəbərlər
29 Aprel 2024 10:26
Taekvondoçularımız Prezident kubokunu 12 medalla başa vurub - FOTO

Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət Azərbaycan millisi 5 medal qazanıb.

Komandamızın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) üçüncü yeri tutublar.

Bununla da Azərbaycan taekvondoçuları Prezident kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.

İdman.biz

Məqalədə: