İlk dəfə keçiriləcək Azərbaycan birinciliyinə 362 taekvondoçu qatılacaq

Xəbərlər
2 Aprel 2024 15:30
İlk dəfə keçiriləcək Azərbaycan birinciliyinə 362 taekvondoçu qatılacaq

Aprelin 3-də kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi start götürəcək.

İdman.biz xəbər verir ki, ilk dəfə keçiriləcək yarış 3 gün davam edəcək.

362 (285 oğlan, 77 qız) idmançının qüvvəsini sınayacaq turnir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq. Birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək.

Qeyd edək ki, yarışlar hər gün saat 09:00-da start götürəcək.

İdman.biz

Məqalədə: