Taekvondoçularımız beynəlxalq turnirdə yeddi medal qazandılar

3 Mart 2026 16:33
104
Taekvondoçularımız beynəlxalq turnirdə yeddi medal qazandılar

“Azəri” Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən “Moldova Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.

İdman.Biz Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, təmsilçilərimiz yeddi medal (dörd qızıl, iki gümüş, bir bürünc) qazanıblar.

Uşaqlar arasında 27 kq çəki dərəcəsində mübarizə aparan İnci Rahova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmələrin yarışında 29 kq-da Aylin Məmmədzadə və 53 kq-da Ümid Səfiyarlı qızıl medala sahib olublar.

Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində çıxış edən Zeynal Abışov da turniri çempion kimi başa vurub. Eyni yaş kateqoriyasında 29 kq-da Ahu İsgəndər və 33 kq-da Ayxan Xanmədlili gümüş medal qazanıblar. Mədinə Hənifəyeva (33 kq) isə turniri bürünc medalla tamamlayıb.

İdman.Biz