Azərbaycanın deflimpiya və paralimpiya millilərinin birgə təlim-məşq toplanışı başlayıb - FOTO

26 Fevral 2026 17:36
77
Azərbaycanın deflimpiya və paralimpiya millilərinin birgə təlim-məşq toplanışı başlayıb - FOTO

Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə deflimpiya və paralimpiya millilərinin birgə təlim-məşq toplanışı başlayıb.

İdman.Biz xəbər verir ki, martın 15-dək davam edəcək təlim-məşq toplanışında deflimpiyaçılar Aslımaral Umarova (43 kq), Nuranə Nadirova (46 kq), Turan Şeydayev (48 kq), Gülseyra Ağabalayeva (53 kq), Şəms Ağayeva (63 kq), Vüsal Salmanov (68 kq) və Tehran Umudxanov (68 kq) iştirak edirlər.

Hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində keçirilir.

Təlim-məşq toplanışının əsas məqsədi idmançılar arasında təcrübə mübadiləsini gücləndirmək və komanda ruhunu formalaşdırmaqdır.

İdman.Biz