Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası Özbəkistanda təşkil olunan təlim-məşq toplanışını uğurla başa vurub.
İdman.Biz-ə bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi komandamızın fiziki və taktiki hazırlığının yüksəldilməsinə xidmət edib. Özbəkistanın yığma komandası ilə birgə keçirilən məşqlər idmançılarımız üçün təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Təlim-məşq prosesi milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilib.
