Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) keçirilən taekvondo üzrə respublika çempionatı və birinciliyinin ilk gününə gənc idmançıların çıxışları ilə start verilib.
İdman.Biz bildirir ki, ölkə birinciliyinin ilk günündə oğlanlar arasında 45 kq, 55 kq, 68 kq, 78 kq, +78 kq, qızlar arasında +59 kq, +68 kq şəki dərəcəsində qaliblər müəyyənləşib.
Dörd gün davam edəcək yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edəcək.
Gənclər arasında ölkə birinciliyində ümumilikdə 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında Azərbaycan çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) mübarizə aparacaq.
