Taekvondoçumuz Paris-2024-ə lisenziya qazanıb

Xəbərlər
17 Dekabr 2023 14:36
950
Taekvondoçumuz Paris-2024-ə lisenziya qazanıb

Çinin Usi şəhərində taekvondo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Çempionlar Seriyasının final mərhələsinin qalibi olub.

Təsnifat mərhələsini qızıl medalla başa vuran Qaşım Maqomedov növbəti uğuruna imza atıb.O, 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək, yarımfinala yüksəlib. Qaşım bu mərhələdə Bakıda dünya çempionatında uduzduğu çinli rəqibini məğlub edib. Taekvondoçumuz Çempionlar Seriyasının həlledici görüşündə son dünya çempionu Koreya Respublikası təmsilçisi Bae Yun-Seyə qalib gəlib. Bu qələbə Qaşıma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verib.

Qeyd edək ki, Qaşım Maqomedov təsnifat mərhələsinin finalında koreyalı Yanq Huiçanı 2:1 hesabı ilə məğlub edib.

İdman.biz