Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medalla fərqləniblər - FOTO/VİDEO

Xəbərlər
10 Noyabr 2025 11:36
54
Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medalla fərqləniblər - FOTO/VİDEO

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Yunanıstanın paytaxtı Afinadakı Avropa birinciliyində 15 medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Bildirilib ki, onlardan beşi qızıl, beşi gümüş, beşi bürünc əyarlıdır.

Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq) gümüş, Vidadi Məmmədli (27 kq), Rüqəyya Əliyeva (27 kq), Aydan Hüseyinova (30 kq), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) bürünc mükafata sahib çıxıblar.

Azərbaycan komandası medal sıralamasında da birinci pillədə qərarlaşıb.

İdman.Biz