Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər və gənclər arasında Avropa çempionatında gümüş medala layiq görüldüm.
İdman.biz xəbər verir ki, bu sözləri Səlimə Quliyeva jurnalistlərə açıqlamasında qeyd edib. O bildirib ki, qızıl medal qazanmağa çox az qalmışdı.
"Bəzi kiçik səhvlərə görə qızıl medal qazana bilmədim. Bütün görüşlərimi qalibiyyətlə başa vursam da, final görüşündə türkiyəli idmançıya məğlub oldum. Buna görə bir az heyfsiləndim. Lakin ölkəmizə medalla qayıtdığım üçün çox sevincliyəm", - deyə Səlimə Quliyeva fikrini yekunlaşdırıb.
İdman.biz