Azərbaycan taekvondoçuları Afinaya yola düşüblər

Xəbərlər
5 Noyabr 2025 16:48
149
Azərbaycan taekvondoçuları Afinaya yola düşüblər

Noyabrın 6-dan 8-dək Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Taekvondoçularımız yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Cəlil Abdullayevin rəhbərliyi altında Afina şəhərinə yola düşüblər.

İdman.Biz