Azərbaycan taekvondo millisinin üzvü dünya çempionatında yığmamıza ilk medalı qazandırıb.
İdman.Biz-in məlumatına görə, Çində keçirilən dünya çempionatında bu gün dayanqa çıxan Azərbaycan millisinin lideri Qaşım Maqomedov (58 kq) Hindistan, Özbəkistan, Serbiya və Türkiyə idmançılarını məğlub edərək yarımfinala yüksəlib. Lakin o, yarımfinalda neytral bayraq altında çıxış edən Rusiya təmsilçisi İdar Baqova uduzub. Bununla da Qaşım Maqomedov dünya çempionatının bürünc medalını qazanıb.
Xatırladaq ki, ötən il Bakıda keçirilən dünya çempionatında idmançılarımız medalsız qalıbdılar. Bu çempionatda Azərbaycanı doqquz taekvondoçu təmsil edir, onlardan səkkizi artıq çıxışını başa vurub. İndi isə bizdə daha bir medal şansı qalıb - 74 kq çəki dərəcəsində mübarizə aparacaq Cavad Ağayev sabah dayanqa çıxacaq.


Vüqar Vüqarlı
 
         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    