III MDB Oyunları: Azərbaycan taekvondoçuları üç qızıl medal qazanıblar - YENİLƏNİB + VİDEO

Xəbərlər
29 Sentyabr 2025 18:17
110
III MDB Oyunları: Azərbaycan taekvondoçuları üç qızıl medal qazanıblar - YENİLƏNİB + VİDEO

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

İdman.biz xəbər verir ki, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib.

Azərbaycan təmsilçiləri Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar.

Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) finalda məğlub olaraq, gümüş medala yiyələniblər.

Eyni zamanda, altı taekvondoçumuz bürünc medalın sahibi olublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq) və Nərgiz Kazımova (62 kq).

17:27

Taekvondoçu Ziya Həsənli (63 kq) Azərbaycana III MDB Oyunlarında ilk qızıl medalı qazandırıb.

İdman.biz xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Egor Lakinyı məğlub edərək III MDB Oyunlarının çempionu olub.

Bu, Azərbaycanın ev sahibliyi etdiyi Oyunlarda ilk qızıl medalıdır.

16:47

Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevirdə taekvondo üzrə yeddi çəki dərəcəsində medallar uğrunda mübarizə aparılır.

İdman.biz xəbər verir ki, onlardan beşində Azərbaycanın təmsilçiləri finala yüksəlib.

Qızlar arasında qızıl medal uğrunda Xumay Dadaşova (46 kq-a qədər) və Məryəm Məmmədova (53 kq-a qədər) mübarizə aparacaq. Oğlanlar arasında finalda isə Ülvü Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq) və Elcan Ağayev (74 kq) çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan bir neçə çəki dərəcəsində qızıl medal qazanmaq şansını qoruyur.

İdman.biz