Stolüstü tennis üzrə Liqa turniri başa çatıb - FOTO

11 İyun 2026 18:02
89
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb - FOTO

Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın beşinci - yubiley turnirinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilir ki, həlledici qarşılaşmalarda “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb. “Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.

1-ci yer: “Xəzər – Şüa” (T. Aliulina, A. Heydərli, Z. Mikayılov, Z. Aslanov)
2-ci yer: “VITTA-Supernova” (M. İmanova, M. Kuvayeva, R. Əliyeva)
3-cü yer: “Zəfər” (M. Rüstəmov, İ. Həsənov, M. Davari, Ə. Səfərov, R. Hüseynov)

Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar. Çempion komandanın üzvlərinə keçici kubok, yubiley medalları, diplomlar və sponsorlar - professor Firuddin Hüseynov, Əlixan Əlizadə, Elşad Vahidov və Elçin Mustafayev tərəfindən pul mükafatları təqdim olunub.

İdman.Biz