Bakıda veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Bildirilir ki, yarışa 60-a yaxın iştirakçı qatılıb.
Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər.

Qeyd edək ki “Şüa” İdman Kompleksində keçirilən birinciliyə iyunun 7-də yekun vurulacaq.
