Stolüstü tennisçimiz beynəlxalq yarışa qatılacaq

3 İyun 2026 14:31
94
Stolüstü tennisçimiz beynəlxalq yarışa qatılacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçdə keçiriləcək “WTT Youth Contender” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, istedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək Helsinborq şəhərində təşkil olunacaq yarışa qatılacaq.

Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

İdman.Biz