Stolüstü tennis turnirinin qalibləri bəlli olub – FOTO

Xəbərlər
30 Dekabr 2023 21:39
124
Stolüstü tennis turnirinin qalibləri bəlli olub – FOTO

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən idman festivalı çərçivəsində dekabrın 29-30-da Xəzər rayon məktəbliləri arasında Şəhid baş leytenant Vüsal Babayevin doğum gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

İdman.biz xəbər verir ki, turnirin açılışında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov məktəblilərin yarışını izləyib, onlarla söhbət edib.

22 məktəbin iştirakı və “BrendSport.az” portalının təşkilatçılığı ilə keçirilən yarışda 12-16 yaşlı oğlanlar arasında 88 saylı məktəb birinci olub. 322 və 121 saylı məktəblər yarışı ikinci və üçüncü pillədə başa vurublar.

12-16 yaşlı qızlar arasında 88 saylı məktəb birinci yerə layiq görülüb. 149 və 322 saylı məktəblər ikinci və üçüncü pillədə qərarlaşıblar. 7-11 yaşlı oğlanlar arasında 88 saylı məktəbin birinci və ikinci komandaları, 121 saylı məktəbin komandası fərqləniblər. 7-11 yaşlı qızlar arasında 88 saylı məktəbin komandaları birinci və ikinci, 121 saylı məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

İdman.biz