Veteran stolüstü tennisçilərin mübarizəsi başa çatıb

Xəbərlər
17 Dekabr 2023 16:47
130
Veteran stolüstü tennisçilərin mübarizəsi başa çatıb

Veteran stolüstü tennisçilər arasında turnirə yekun vurulub.

İdman.biz xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 60-a yaxın iştirakçı bacarığını göstərib.

Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən, qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov baş mükafata layiq görülüb.

Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

İdman.biz