III MDB Oyunlarında stolüstü tennis yarışlarının qalibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Rusiya komandası birici yeri tutub.
Qonşu ölkə təmsilçisi stolüstü tennis yarışlarını 10 medalla (9 qızıl, 1 gümüş) bitirib. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla 5-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan stolüstü tennis yarışlarında 3 qız, eyni sayda oğlan idmançı ilə təmsil olunub.
12:57
Azərbaycanın daha iki stolüstü tennisçisi Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarında gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, fərdi yarışların finalında A.Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, M.Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terekovaya 0:3 hesabı ilə məğlub olublar.
Bu gün Onur Quluzadə də fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3 və o da gümüş medal qazanıb.
Bununla da Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarını 9 medalla (6 gümüş, 3 bürünc) başa vurublar.
12:15
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, idmançı fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3.
Bu gün Adil Əhmədzadə və Mərziyyə Nurmətova da şəxsi yarışların final görüşünə çıxacaq.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.