Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 13 sentyabr tarixində Gəncə İdman Sarayında start götürən “Gəncə Cup 2025” üzgüçülük yarışı uğurla davam edir. Turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı iştirak edir. İlk gündə hovuzda gərgin və həyəcanlı mübarizə yaşanıb, üzgüçülər həm güclərini, həm də peşəkarlıqlarını nümayiş etdiriblər.
İlk günün qalibləri:
Qadınlar:
Sərbəst üsulla 200 metr – Məryam Cavadova (qızıl medal), Nastya Qnussina (gümüş medal), Aleksandra Slepenko (bürünc medal);
“Butterfly” üsulu ilə 100 metr – Mehri Abdurəhmanlı (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Nərmin Ramazanova (bürünc medal);
“Brass” üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl medal), Veronika Şandıbina (gümüş medal), Cahan Nəbiyeva (bürünc medal);
“Arxası üstə” üsülu ilə 100 metr – Vlastilina Xasyanova (qızıl medal), Safiya Hacıyeva (gümüş medal), Aişə Səmədova (bürünc medal);
Sərbəst üsulla 50 metr – Məryəm Cavadova (qızıl medal), Xədicə Qasımzadə (gümüş medal), Aleksandra Slepenko (bürünc medal);
“Qarışıq” üsul ilə 200 metr – Safiya Səmədova (qızıl medal), Marqarita Maynitskaya (gümüş medal), Ayla Hüseynova (bürünc medal);
“Qarışıq” üsul ilə estafet 100 metr – Vlastilina Xasyanova, Anastasiya Qnussina, Mehri Abdurəhmanlı, Məryəm Cavadova (qızıl medal), Safiya Hacıyeva, Safiya Medvedeva, Dəniz Topçubaşova, Marqariya Maynitskaya (gümüş medal), Nigar Məmmədli, Aişə Səmədova, Alaksandra Slepenko, Safiya Səmədova (bürünc medal);
Kişilər:
Sərbəst üsulla 200 metr – Ramal Sadıqlı (qızıl medal), Əmirhüseyn Gənceh (gümüş medal), Mehdi Muxtarlı (bürünc medal);
“Butterfly” üsulu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal), Amin Oruclu (gümüş medal), Nicat Qiyasi (bürünc medal);
“Brass” üsülu ilə 100 metr – Yeqor Maynitskiy (qızıl medal), İsmət Aslanov (gümüş medal), Vasif Nəcəfli (bürünc medal);
“Arxası üstə” üsülu ilə 100 metr – Oqtay Hüseynov (qızıl medal), Nihad Yusibov (gümüş medal), Timur Nikiforov (bürünc medal);
Sərbəst üsulla 50 metr – Orxan Əliyev (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Daniyal Muhammed (bürünc medal);
“Qarışıq” üsul ilə 200 metr – Yeqor Maynitski (qızıl medal), Timur Nikiforov (gümüş medal), Yusif Sofiyev (bürünc medal);
“Qarışıq” üsul ilə estafet 100 metr – Daniyal Muhammed, Əmirhüseyn Gənceh, Ramal Sadıqlı, Artyom Novotorjin (qızıl medal), Tofiq Əhmədzadə, Timur Nikiforov, Amin Oruclu, İslam Yanqlıçev (gümüş medal), Mənsur Bağırov, İsmət Aslanov, Yusif Sofiyev, Osman Qəribov (bürünc medal).
Mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidenti Xaliq İldırımzadə və federasiyanın İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov təqdim ediblər.
ASF-nin prezidenti Zaur Əliyev açılış çıxışında vurğulayıb: “Gəncə Cup-ın əsas məqsədi ölkədə üzgüçülüyün inkişafına dəstək olmaq, yeni istedadların üzə çıxmasına imkan yaratmaq və idmançılarımızı qarşıdakı beynəlxalq yarışlara hazırlamaqdır. Bu turnir həm də MDB Oyunlarına hazırlıq baxımından möhkəm zəmin olacaq”.
Xatırladaq ki, Gəncə şəhəri 3-cü MDB Oyunları zamanı üzgüçülük də daxil olmaqla bir sıra idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda, üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixlərində Gəncə İdman Sarayında keçiriləcək.
İdman.biz