Noyabrın 16-da Bakı Su İdman Sarayında Üzgüçülük idman növü üzrə Azərbaycan kuboku yarışları start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda 200 FİNA xalına sahib idmançılar iştirak edəcəklər.
Çoxnövçülük üzrə fərdi təşkil olunacaq yarışa 120-ə yaxın üzgüçünün qatılması gözlənilir. Turnirin reqlamentinə bəzi dəyişikliklər də nəzərdə tutulub. İdmançılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə 4 gün davam edəcək ölkə kuboku yarışlarına noyabrın 19-da yekun vurulacaq.
İdman.biz