“Azərbaycan millisinin yenidən formalaşdırılmasına ehtiyac duyulur” - Macar mütəxəssis - FOTO

Xəbərlər
6 Noyabr 2023 17:45
294
“Azərbaycan millisinin yenidən formalaşdırılmasına ehtiyac duyulur” - Macar mütəxəssis - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru İvan Petrov yığmamızın Quba Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışına qatılıb.

İdman.biz federasiyaya istinadən xəbər verir ki, macar mütəxəssis İ.Petrov milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovla birgə məşq prosesini izləyib.

Federasiya rəsmiləri tədbir çərçivəsində üzgüçülərimizin peşəkarlığının artırılması məqsədilə məşqçi və idmançılar üçün seminar-treninqlər keçiblər.

Seminarda bildirilib ki, məqsədi milli komandada məşqçilərin kvalifikasiyalarının artırılmasına dəstək olmaq, onların sayəsində qabiliyyətli idmançılar yetişdirmək, millinin üzgüçülərinin potensiallarının üzə çıxarılmasına və bacarıqlarının yüksəldilməsinə yardımçı olmaqdır.

İ.Petrov əlavə edib ki, bu gün Azərbaycanda su idman növləri üzrə artıq yeni gənc nəsil yetişməkdədir: “Bacarıqlı idmançıların sayı artdıqca, milli komandanın tərkibinin yenidən formalaşdırılmasına ehtiyac duyulur. Məhz bu baxımdan həm məşqçilərin, həm də idmançıların peşəkarlıqlarının daha da təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, milli komanda tam tərkibdə oktyabr ayının 8-dən etibarən Quba Olimpiya Kompleksində təlim-məşq toplanışındadırlar.

İdman.biz