Üzgüçülükdə 100 m məsafəyə batterflyay üsulla üzmədə yeni dünya rekordu qeydə alınıb.
İdman.biz xəbər verir ki, bu nəticəyə amerikalı Qrethen Uolş imza atıb.
21 yaşlı üzgüçü İndianapolisdə (ABŞ) keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində finişə 55,18 saniyəyə çatıb. Uolş Rio-2018 Olimpiadasında isveçli Sara Şestremin əldə etdiyi rekordu 0,30 saniyə təzələyib.
İdman.biz