Bədii üzgüçülərimizdən Abu-Dabidə 31 medal - FOTO

Xəbərlər
22 May 2024 09:59
117
Bədii üzgüçülərimizdən Abu-Dabidə 31 medal - FOTO

Bədii üzgüçülük üzrə Azərbaycan komandası BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən beynəlxalq turnirdə iştirak edib.

Azərbaycan Üzgüçülük Federasiyasından İdman.biz-ə verilən məlumata görə, idmançılarımız yarışı 31 medalla başa vurublar.

8 ölkədən 15 klubun 200-dən çox üzgüçüsünün qatıldığı turnirdə təmsilçilərimiz 18 qızıl, 12 gümüş və 1 bürünc mükafata sahib olublar.

Ev sahibləri, Rusiya, CAR, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmançılarımız ən yüksək nəticələrini göstəriblər.

İdman.biz

Məqalədə: