Azərbaycan üzgüçülüyünün veteranı: "Bu dəfə yarışda daha çox iştirakçı olub"

Xəbərlər
2 Sentyabr 2023 14:15
121
Azərbaycan üzgüçülüyünün veteranı: "Bu dəfə yarışda daha çox iştirakçı olub"

Mingəçevirdə keçirilən "Kürü keçək?!" açıq suda üzgüçülüyündə Vaqif Nəsibov ən yaşlı iştirakçı olub.

İdman.biz-in məlumatına görə, bir vaxtlar üzgüçülük yığmasının baş məşqçisi olan 72 yaşlı Azərbaycan idman veteranı ikinci dəfədir ki, belə yarışda iştirak edir.

"Bu dəfə daha çox iştirakçı var idi, yaş həddi artdı. Tələbələrim, keçmiş idmançılar, indi məşqçilər də burada çıxış etdilər", - deyə Nəsibov vurğulayıb.

O, həmçinin əlavə edib ki, "Keçən il "Kürü keçək?!" yarışı təşkil olunanda, mən bunu təsədüfən öyrəndim və iştirak etdm. Həm də heç bir hazırlıq olmadan. Gələcəkdə Gənclər və İdman Nazirliyi məşq etməyimə şərait yaratdı və indi mütəmadi olaraq Su İdmanı Mərkəzinə üzgüçülüklə məşğul oluram. Belə şəraiti təmin etdiyinə görə Nazirliyə, milli federasiyaya və kompleksin rəhbərliyinə təşəkkür edirəm".

Nəsibov onu da bildirib ki, ötən ilin payızında "Gəlin birlikdə üzək" yarışında da iştirak edib, öz yaş qrupunda ikinci yeri tutub. İndi o, bu turnirə yenidən müraciət etməyi və daha sonra gələn ilki yarışa hazırlaşmağı gözləyir.

Zəki Feyzullayev

İdman.biz