“Dünya Kubokunun son günündə ölkəmizə medal qazandırmaq istəyirəm” - Fatimə Alkərəmovanın İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

2 Oktyabr 2026 18:43
101
“Dünya Kubokunun son günündə ölkəmizə medal qazandırmaq istəyirəm” - Fatimə Alkərəmovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

“Yarış çox güclü keçir. Bundan əvvəl Dünya Kubokunda beşinci olmuşdum, hazırda isə səkkizlikdəyəm”.

Bunu İdman.Biz-ə açıqlamasında azərbaycanlı üzgüçü Fatimə Alkərəmova 400 metr məsafəyə kompleks üzgüçülük yarışında yeddinci olduqdan sonra deyib.

Yarışın ilk günündə 100 metr məsafəyə kompleks üzgüçülükdə Azərbaycan rekordunu yeniləyən idmançı turnirin son günündə daha yaxşı nəticə göstərməyə çalışacağını bildirib:

“Dünən uzun illərdən sonra 100 metr kompleks üzgüçülükdə Azərbaycan rekordunu qırdım və öz rekordumu yenilədim. Çalışırıq ki, daha yaxşı nəticələr göstərək. Çünki bu qədər azərbaycanlı azarkeş gəlib bizi dəstəkləyir. Hələlik bütün nəticələrimiz ölkə rekordu ilə qeydə alınır.

Sabah mənim üçün əsas finallardan biri 200 metr arxası üstə və 200 metr kompleks üzgüçülük olacaq. 200 metr arxası üstə üzgüçülükdə medal uğrunda mübarizə aparmağa çalışacağam. Şansım çoxdur. Sabah, turnirin son günündə çalışacağam ki, ölkəmizə medal qazandırım”.

Sonda Alkərəmova qeyd edib ki, “İpək yolu” seriyası çərçivəsində keçiriləcək Dünya Kubokunun Özbəkistanda təşkil olunacaq ikinci mərhələsində Azərbaycanı təmsil edən yeganə üzgüçü olacaq. O, həmin yarışda da ölkəmizi layiqincə təmsil etməyə çalışacağını bildirib.

İdman.Biz