Dünya Kubokunun Bakı mərhələsində azərbaycanlı üzgüçü Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının finalında şəxsi rekordunu yeniləyib.
İdman.Biz xəbər verir ki, bu barədə idmançının özü jurnalistlərə açıqlamasında bildirib.
“Mən öz vaxtımı yaxşılaşdırdım. Uzun müddət idi ki, öz rekorduma yaxınlaşa bilmirdim. Lakin bu dəfə sürətli üzdüm”, — deyə 3:55,00 nəticə ilə doqquzuncu yeri tutan idmançı bildirib.
Hüseynov məşqlərdə də nəticələrini yaxşılaşdırmağa başladığını qeyd edib:
“Addım-addım irəli gedirik”.
Üzgüçü vurğulayıb ki, bu yarışdakı yüksək rəqaCutbət yerli idmançıların xeyrinədir:
“Gənc üzgüçülər elitar idmançıların necə məşq etdiyini, qızışma hərəkətləri etdiyini və çıxış etdiyini görə biləcəklər. Bu, Azərbaycanda üzgüçülüyün inkişafı üçün çox faydalıdır”.
