“Yarış çox yaxşı təşkil olunub. Çox gözəl yarışdır. Beşinci dəfədir keçirilir. Mən beşinci dəfədri bu yarışda iştirak edirəm”.
İdman.Biz bildirir ki, bu sözləri bu gün Mingəçevirdə, Kür çayında keçirilən "Kürü keçək?! 5" açıq suda üzmə yarışının ən qocaman iştirakçısı Vaqif Nəsibov deyib.
Nəsibov həm də öz yaş qrupunda yarışın qalibidir.
“Hər dəfə də ən böyük yaş qrupunda iştirak edirəm. Bu yaş qrupunda iştirakçı az olduğuna görə mən hər dəfə birinci yerə çıxıram. Amma arzum odur ki, rəqib də olsun, maraqlı olsun.
Kütləvi yarışdır. Bir tərəfdən üzgüçülük idman növünü təbliğ edir. Açıq suda üzgüçülük idman növünü. Bu yeni idman növüdür. Bizim respublikada yeni inkişaf edir. Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi çox sağ olsunlar ki, bu yarışı həyata keçirirlər.
Onu da xatırlatmaq istəyirəm ki, ildən-ilə iştirakçıların qat-qat artır. Bu yarış birinci dəfə keçiriləndə hardasa 200-ə yaxın iştirakçı var idi. İndi artıq 600 nəfəri keçib. Ona görə məsafələr də artır. 250 metrdən 1000 metrə keçiblər. Bəlkə də gələn il 5 kilometr, 10 kilometr olar. Açıq suda elə məsafələr var”, - Nəsibov bildirib.
Cavid Şəmiyev
