ASAPES-in rektoru: “Hamını bu imkanlardan maksimum istifadə etməyə çağırırıq”

Müsahibə
9 Yanvar 2024 15:03
ASAPES-in rektoru: “Hamını bu imkanlardan maksimum istifadə etməyə çağırırıq”

“Üzgüçülük hovuzu çoxfunksiyalıdır, müvafiq avadanlıqlarla təchiz olunub və müasir standartlara cavab verir".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyevin 100 illik yubiley tədbirləri ilə bağlı ASAPES-in üzgüçülük hovuzunu yenidən qurduq və üzgüçülük tədris korpusunun əsaslı təmirini həyata keçirdik. Əsas məsələ odur ki, burda su idman növlərinin bir neçəsi - üzgüçülük, suya tullanma, sinxron üzgüçülük, su polosu və suyun dərinliyinə baş vurma üzrə həm tədris, həm təlim-məşq toplanışları, həm də yarışlar keçiriləcək. Tələbələrimizin də bu hovuzun imkanlarından maksimum yararlanmaq və bir mütəxəssis kimi yetişmək imkanları olacaq. Nəinki bizim tələbələri, üzgüçülüklə məşğul olanları, uşaqdan-böyüyə kimi hamını bu imkanlardan maksimum istifadə etməyə çağırırıq".

Banuçiçək Hüseynli
İdman.biz