Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 2–8 oktyabr

Xəbərlər
2 Oktyabr 2023 18:16
148
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 2–8 oktyabr

İdman.biz regionlar üzrə həftənin idman afişasını (2–8 oktyabr) təqdim edir:

🔹 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi
- Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş idarə, təşkilat, və müəssisə əməkdaşları arasında tir atıcılığı üzrə Xızı rayon çempionatı – 3 oktyabr, saat 12:00 (Xızı rayonu, Heydər Əliyev Mərkəzi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş və futbol idman növləri üzrə nümunəvi çıxışlar - 4 oktyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində bədii gimnastika idman növü üzrə nümunəvi çıxışlar – 5 oktyabr, saat 18:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Şəhid Zöhrab Məmmədovun xatirəsinə həsr edilmiş şahmat turniri – 7 oktyabr, saat 10:30 (“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsi).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Velosiped idmanı üzrə yeniyetmələr arasında rayon birinciliyi - 3 oktyabr, saat 10:00 (İsmayıllı rayonu, Heydər Əliyev adına Park);
- "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis üzrə master-klas - 4 oktyabr, saat 15:00 (Qobustan İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə master-klas - 5 oktyabr, saat 17:00 (Şamaxı "Olimpiya Ümidləri" Cüdo klubunun idman zalı);
- "Sərbəst güləş hamı üçün" devizi altında master-klas - 6 oktyabr, saat 10:00 (Ağsu rayon Gəgəli kəndi);
- "Uşu-sanda hamı üçün" devizi altında master-klas - 6 oktyabr, saat 17:00 (İsmayıllı rayonu, Uşu-sanda klubu).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə Göygöl rayon birinciliyi - 2 oktyabr, saat 12:00 (Göygöl Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxış - 6 oktyabr, saat 16:00 (Naftalan şəhəri, Şəhər stadionu);
- Əməkdar məşqçi K.Kərimlinin 65 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə açıq turnir - 7 oktyabr, saat 10:00 (Goranboy rayonu, Nərimanlı kənd məktəbinin idman zalı).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Güləş hamı üçün” devizi altında idman tədbiri - 4 oktyabr, saat 15:00 (Qazax Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Voleybol hamı üçün” devizi altında idman tədbiri - 5 oktyabr, saat 15:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Gədəbəy rayon birinciliyi - 5 oktyabr, saat 15:00 (Gədəbəy rayonu Zəhmət kənd tam orta məktəbin meydançası);
- “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Ağstafa rayon birinciliyi - 6 oktyabr, saat 10:00 (Ağstafa rayonu 2 saylı tam orta məktəbin meydançası);
- Uşaq və yeniyetmələr arasında üzgüçülük idman növü üzrə turnir - 8 oktyabr, saat 12:00 (Şəmkir Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə açıq qapı günü - 2 oktyabr, saat 13:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Cəbrayılın işğaldan azad olunmasının 3-cü ildönümünə həsr olunmuş 2011, 2012 və 2013-cü il təvəllüdlü yeniyetmələr arasında minifutbol idman növü üzrə Şabran rayon birinciliyi - 2-4 oktyabr, saat 15:00 (Şabran rayonu, Mərkəzi stadion);
- "Sağlam həyat" layihəsi çərçivəsində qızlar arasında voleybol idman növü üzrə təlim məşq dərsləri - 3 oktyabr, saat 14:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” devizi altında kikboksinq üzrə ustad dərsi - 3 oktyabr, saat 19:00 (Quba rayonu, Kikboksinq idman zalı);
- “İdman hamı üçün” devizi altında stolüstü tennis üzrə ustad dərsi - 4 oktyabr, saat 9:30 (Quba Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” devizi altında velo yürüş - 4 oktyabr, saat 17:00 (Quba Olimpiya İdman Kompleksi);
- Velosiped üzrə ölkə çempionatı - 4-7 oktyabr (Quba və Qusar);
- "Sağlam həyat" layihəsi çərçivəsində minifutbol idman növü üzrə təlim məşqləri - 5 oktyabr, saat 15:00 (Qusar rayonu, “Metak” idman meydançası);
- "Sağlam həyat" layihəsi çərçivəsində fitness üzrə açıq qapı günü - 5 oktyabr, saat 18:00 (Şabran rayonu, "Şabran" idman zalı);
- Voleybol idman növü üzrə məktəblilər arasında Xaçmaz rayon birinciliyi - 5-6 oktyabr, saat 11:00 (Xaçmaz rayonu, Akademik Z.Əliyeva adına məktəb liseyin idman zalı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat hamı üçün” kütləvi idman tədbiri – 6 oktyabr, saat 15:00 (Siyəzən Gənclər Evi);
- Yunan-Roma güləşi üzrə veteranlar arasında şimal regionunun ilk dünya çempionu Şəkərxan Əlismanovun şərəfinə həsr olunmuş 2007-2008 və 2010-2011-ci il təvəllüdlü idmançılar arasında yunan-Roma güləşi üzrə şimal birinciliyi - 6-7 oktyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat idman növü üzrə Qusar rayon birinciliyi - 7 oktyabr, saat 10:00 (Qusar rayonu, Simurq Kulturologiya Mərkəzi);
- Qusar Olimpiya İdman Kompleksinin yaranmasının 15-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında üzgüçülük turniri - 8 oktyabr, saat 9:00 (Qusar Olimpiya İdman Kompleksi).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Şəhid Xəyal Əhədzadənin əziz xatirəsinə həsr olunmuş minifutbol turniri – 2-7 oktyabr, saat 14:00 (Lənkəran rayonu, Separadi İdman Kompleksinin stadionu);
- İdmanın dinamikasını artırmaq məqsədi ilə bədən tərbiyəsi və idman rəhbərləri və müəllimləri ilə görüş - 5 oktyabr, saat 10:00 (Lənkəran rayonu, 1 saylı tam orta məktəbi);
- “Mənim sağlam ailəm” devizi altında “Atam, anam və mən” açıq idman tədbiri - 7 oktyabr, saat 11:00 (Lənkəran rayonu, Z.Əliyeva küçəsi, Sağlam məhələ);
- “Müəllimlər Gününə” həsr olunmuş şahmat üzrə məktəblilər arasında Astara rayon turniri - 3-4 oktyabr, saat 11:00 (Astara Uşaq Gənclər İdman Şahmat Məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” idman tədbiri - 6 oktyabr, saat 15:00 (Astara Olimpiya İdman Kompleksi);
- Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş atletika (kross qaçışı) üzrə ölkə çempionatı - 8 oktyabr, saat 10:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi);
- Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol idman növü üzrə rayon turnirinin final oyunları - 2-8 oktyabr, hər gün saat 18:00 (Cəlilabad rayonu, “Əhmədoğlu” futbol klubunun meydançası);
- “İdman hamı üçün” layihəsi çərçivəsində basketbol idman növü üzrə nümunəvi çıxışlar - 2 oktyabr, saat 10:00 (Cəlilabad rayonu, Şiləvəngə kənd tam orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar - 4 oktyabr, saat 15:30 (Cəlilabad rayonu, Heydər Əliyev Seyrəngahı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində taekvondo idman növü üzrə nümunəvi çıxışlar - 7 oktyabr, saat 15:00 (Cəlilabad rayonu, Astanlı kənd Mədəniyyət Evi);
- Atletika idman növü üzrə 2011-2012-ci il təvəllüdlü istedadlı uşaqların seçilməsi layihəsi - 6 oktyabr, saat 14:00 (Lerik rayonu, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol idman növü üzrə açıq idman tədbiri - 6 oktyabr, saat 11:00 (Lerik rayonu, Şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Badminton hamı üçün” açıq idman tədbiri - 7 oktyabr, saat 11:00 (Lerik rayonu, Heydər Əliyev Meydanı);
- "İdman hamı üçün"layihəsi çərçivəsində “Sərbəst güləş hamı üçün” idman tədbiri - 6 oktyabr, saat 15:00 (Masallı rayonu, “Cəngavər” İdman zalı);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar olaraq, uşaq, yeniyetmə və gənclər arasında yunan-Roma güləşi üzrə açıq rayon turniri - 6-7 oktyabr, saat 15:00 (Masallı rayon Ərkivan qəsəbə Mədəniyyət Mərkəzi);
- Atletika idman növü üzrə 2011-2012-ci il təvəllüdlü istedadlı uşaqların seçilməsi layihəsi - 4 oktyabr, saat 14:00 (Yardımlı İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində həndbol idman tədbiri – 6 oktyabr, saat 16:00 (Yardımlı İdman Kompleksi).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə yoldaşlıq görüşü - 2 oktyabr, saat 17:00 (Göyçay rayonu, Olimpiya İdman Kompleksi);
- “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə müəllimlər arasında şahmat üzrə rayon birinciliyi - 3-5 oktyabr, saat 15:00 (Zərdab rayonu, Şahmat Dama klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində nərd idman növü üzrə rayon birinciliyi - 4 oktyabr, saat 15:00 (Ucar Gənclər Evi);
- "İdman hamı üçün" devizi altında idmanın kikboksinq növü üzrə nümunəvi çıxışlar - 4 oktyabr, saat 16:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində həndbol idman növü üzrə nümunəvi çıxışlar - 5 oktyabr, saat 16:00 (Mingəçevir şəhəri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Futbol üzrə nümunəvi çıxışlar - 3 oktyabr, saat 16:00 (Saatlı rayonu, 4N-li tam orta məktəbin stadionu);
- Karate üzrə nümunəvi çıxışlar - 4 oktyabr, saat 16:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 5 oktyabr, saat 11:00 (İmişli Olimpiya İdman Kompleksi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin xatirəsinə həsr edilmiş uşaq və yeniyetmələr arasında minifutbol üzrə rayon birinciliyi - 5-6 oktyabr, saat 10:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- 2-ci sinif şagirdləri arasında viktorina - 4 oktyabr, saat 11:00 (Qax rayonu, 4 saylı tam orta məktəb);
- Stolüstü tennis üzrə Şəki şəhər birinciliyi - 4 oktyabr, saat 10:00 (Şəki rayonu, 12 nömrəli tam orta məktəb).
🔹 Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- Atletika idman növü üzrə oğlanlar və qızlar arasında Qubadlı rayon birinciliyi - 3 oktyabr, saat 12:00 (Qubadlı rayonu. Sumqayıt Olimpiya İdman Kompleksi);
- 64 xanalı dama üzrə oğlanlar və qızlar arasında Kəlbəcər rayon birinciliyi - 6 oktyabr, saat 10:00 (Kəlbəcər rayonu. Gəncə şəhəri, 55 nömrəli tam orta məktəb).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş azyaşlı yeniyetmələr (U15) və 2009-2011-ci il təvəllüdlü idmançılar arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi – 7 oktyabr, saat 10:00 (Salyan rayonu, Şorsulu kəndində yerləşən “Yaşar” idman klubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində ağır atletika idman növü üzrə nümunəvi çıxışlar - 6 oktyabr, saat 15:00 (Neftçala rayonu, Xolqarabucaq kəndi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində yunan-Roma və sərbəst güləş idman növləri üzrə ustad dərsləri – 6 oktyabr, saat 17:00 (Hacıqabul rayonu, 8 saylı məktəb liseyin ərazisində yerləşən güləş zalı).

İdman.biz