Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
15 Avqust 2023 17:30
64
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

İdman.biz regionlar üzrə həftənin idman afişasını (14-20 avqust) təqdim edir:

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində Kapoeyra idman növü üzrə nümunəvi çıxışlar - 17 avqust, saat 19:00 (Sumqayıt Bulvarı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində Kikboksinq idman növü üzrə nümunəvi çıxışlar - 18 avqust, saat 09:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində Cüdo idman növü üzrə nümunəvi çıxışlar - 18 avqust, saat 10:00 (Xızı rayonu, Altıağac qəsəbəsi).

Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsi
- Qızlar arasında üzgüçülük üzrə rayon birinciliyi - 16 avqust, saat 10:00 (Şamaxı Olimpiya Mərkəzi);
- "12 Avqust - Beynəlxalq Gənclər Günü" münasibətilə şahmat turniri - 17 avqust, saat 10:00 (Qobustan Gənclər Evi);
- Kikboksinq üzrə İsmayıllı birinciliyi - 20 avqust, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Kikboksinq idman növü üzrə nümunəvi çıxışlar - 16 avqust, saat 10:00 (Göygöl Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Üzgüçülük hamı üçün" idman tədbiri - 18 avqust, saat 11:00 (Gəncə Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Taekvondo idman növü üzrə açıq seminar – 15 avqust, saat 9:00 (Ağcabədi rayonu, 1 saylı tam orta məktəb);
- "İdman hamı üçün" devizi altında kyokuşinkaykan karate idman növü üzrə nümunəvi çıxışlar - 17 avqust, saat 9:00 (Bərdə rayon Heydər Əliyev adına park-bulvar);
- "İdman hamı üçün" devizi altında kikboksinq idman növü üzrə nümunəvi çıxışlar - 18 avqust, saat 11:00 (Xocalı rayonu, Goranboy rayon Tatarlı kəndi);
- Kyokuşin karate idman novü üzrə idmançıların nümunəvi çıxışları - 18 avqust, saat 10:00 (Füzuli rayon Mahmudlu 2 kəndi);
- Futbol idman növü üzrə nümunəvi çıxışlar - 15 avqust, saat 9:00 (Tərtər rayonu, Nizami küçəsində yerləşən nümunəvi məhəllə stadionu).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "Heydər Əliyev İli" çərçivəsində "Açıq əyləncəli məhəllə futbol liqası"nın açılış mərasimi və ilk oyunu - 14 avqust, saat 17:00 (Quba rayonu, 28 May parkında yerləşən stadion);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate idman növü üzrə idmançıların nümunəvi çıxışları - 15 avqust, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "Sərbəst güləş hamı üçün" kütləvi idman tədbiri - 15 avqust, saat 18:00 (Xaçmaz rayonu, Güləş zalı);
- "Heydər Əliyev ili" çərçivəsində gənclər arasında qol güləşi üzrə Şabran rayon birinciliyi - 16 avqust, saat 11:00 (Şabran rayonu, Heydər Əliyev Parkı);
- Xaçmaz rayonun Pirquluoba kəndində yerləşən idman zalında kikboksinq idman növü üzrə məşğul olan kənd gəncləri ilə görüş – 16 avqust, saat 16:00 (Xaçmaz rayonu, Pirquluoba kəndi);
- Çinartala kəndində qol güləşi idman növü ilə məşğul olan idmançılarla görüş - 16 avqust, saat 18:00 (Xaçmaz rayonu, Çinartala kəndi);
- Kənd yerlərində idmanın inkişaf etdirilməsi məqsədi ilə yeniyetmələr arasında minifutbol idman növü üzrə yoldaşlıq oyunları - 17 avqust, saat 10:00 (Şabran rayonu, Rəhimli kəndi, "Bağçalı Otel" idman meydançası).
- Boks üzrə ustad dərsləri - 17 avqust, saat 15:00 (Quba rayonu, Xınalıq kəndi);
- "Heydər Əliyev ili" çərçivəsində sərbəst güləş üzrə Quba rayon turniri - 18 avqust, saat 10:00 (Quba rayonu, Güləş idman bölməsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" kütləvi idman tədbiri - 18 avqust, saat 10:00 (Siyəzən şəhər stadionu);
- Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş badminton idman növü üzrə Qusar rayon birinciliyi - 18 avqust, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "Cüdo hamı üçün" devizi altında idman tədbiri - 16 avqust, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- "Taekvondo hamı üçün" devizi altında idman tədbiri - 16 avqust, saat 10:00 (Gədəbəy rayon Heydər Əliyev parkı);
- "Güləş hamı üçün" devizi altında idman tədbiri - 16 avqust, saat 10:00 (Ağstafa rayon Gənclik parkı);
- Yeniyetmələr və gənclər arasında stolüstü tennis idman növü üzrə turnir - 18 avqust, saat 11:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Cüdo üzrə azyaşlılar və yeniyetmələr arasında cənub zona birinciliyi - 14-16 avqust, saat 8:00 (Masallı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə UGİM-in ağır atletika bölmələrinin idmançılarının nümunəvi çıxışları - 15 avqust, saat 18:00 (Lənkəran rayonu, Heydər Əliyev xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi idman növü üzrə nümunəvi çıxışlar - 15 avqust, saat 17:00 (Cəlilabad rayonu, Komanlı kəndi);
- Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında minifutbol üzrə Lerik rayon birinciliyi (yarımfinal və final oyunları) - 15-16 avqust, saat 17:00 (Lerik rayonu, 2 saylı tam orta məktəbin futbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə atletika idman növü üzrə nümunəvi çıxışları - 17 avqust, saat 18:00 (Lənkəran rayonu, Heydər Əliyev xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar - 18 avqust, saat 18:00 (Lənkəran rayonu, Heydər Əliyev xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində UGİM-in Boks bölməsinin nümunəvi çıxışları - 19 avqust, saat 18:00 (Lənkəran rayonu, Heydər Əliyev xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate idman növü üzrə nümunəvi çıxışlar - 19 avqust, saat 18:00 (Astara rayonu, Şiyəkaran kənd 1 saylı tam orta məktəbin idman meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Sağlam həyat günü" açıq idman tədbiri - 19 avqust, saat 17:00 (Masallı rayonu, N.Gəncəvi adına xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar - 19 avqust, saat 10:00 (Cəlilabad rayonu, Uzuntəpə kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində badminton idman növü üzrə açıq əyləncəli idman tədbiri -19 avqust, saat 10:00 (Lerik rayonu, Heydər Əliyev meydanı);
- Yeniyetmə və gənclər arasında güllə atıcılığı üzrə "Sərrast nişançı" adlı idman tədbiri - 19 avqust, saat 10:00 (Yardımlı rayonu, Şəhid Şamil Mirzəyev adına idman zalının qarşısında).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində rayonlararası yoldaşlıq görüşü - 14 avqust, saat 9:00 (Göyçay rayonu, Kikboksinq idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində Ucar - Tərtər komandaları arasında yoldaşlıq görüşü - 15 avqust, saat 20:00 (Ucar rayonu, minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə Yevlax şəhəri üzrə Gənclər və İdman sektorunun nəzdində fəaliyyət göstərən UGİM-in ağır atletika bölmələrinin idmançılarının nümunəvi çıxışları - 15 avqust (Yevlax rayonu, Dədə Qorqud parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 15 avqust, saat 9:00 (Kürdəmir rayonu, Heydər Əliyev parkının minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində UGİM-in cüdo bölməsinin nümunəvi çıxışları - 18 avqust, saat 9:30 (Mingəçevir şəhəri, Yaşar Məmmədzadə adına şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar - 18 avqust, saat 10:00 (Zərdab rayonu, Həsən bəy Zərdabi parkı).

Mil-Muğan Regional Gənclər və İdman İdarələsi
- Yeniyetmə və gənclər arasında idman festivalı - 18 avqust, saat 10:00 (Sabirabad rayonu, açıq hava);
- Yeniyetmə və gənclər arasında idman festivalı - 18 avqust, saat 10:00 (Saatlı rayonu, açıq hava);
- Yeniyetmə və gənclər arasında idman festivalı - 18 avqust, saat 10:00 (İmişli rayonu, açıq hava);
- Yeniyetmə və gənclər arasında idman festivalı - 18 avqust, saat 10:00 (Beyləqan rayonu, açıq hava).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Üzgüçülük idman növü üzrə uşaq və yeniyetmələr arasında sərbəst üsulla üzmə yarışı - 14 avqust, saat 14:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- "Heydər Əliyevin 100 illiyi"nə həsr edilən futbol üzrə Zaqatala birinciliyinin final oyunu - 16 avqust, saat 18:00 (Zaqatala rayonu, Mosul kənd stadionu);
- Üzgüçülük üzrə yeniyetmə və gənclər arasında "İdman hamı üçün" - 17 avqust, saat 16:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş idman növü üzrə Respublikanın əməkdar məşqçisi Nəsrullah Əziz oğlu Məmmədovun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında turnir - 17 avqust, saat 10:00 (Qax Olimpiya İdman Kompleksi);
- Futbol üzrə məhəllələr arası birinciliyin final oyunu - 17 avqust, saat 11:00 (Şəki şəhər Stadionu).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Güləş hamı üçün" tədbiri - 15 avqust, saat 10:00 (Zəngilan rayonu. Abşeron rayonu, Masazır qəsəbəsi, park ərazisi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" tədbiri - 18 avqust, saat 10:00 (Cəbrayıl rayonu. Biləsuvar rayonu, 5 saylı Cəbrayıl qəsəbəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Cüdo hamı üçün" nümunəvi çıxışlar - 19 avqust, saat 10:00 (Laçın rayonu. Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi).

Şirvan - Salyan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Karate hamı üçün" devizi altında nümunəvi çıxışlar - 16 avqust, saat 9:00 (Salyan rayon Qaraçala qəsəbəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol oyunları - 16 avqust, saat 9:00 (Biləsuvar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində MMA idman növü üzrə nümunəvi çıxışlar – 17 avqust, saat 18:00 (Neftçala rayonu, Aşağı Qaramanlı kənd folklor evinin qarşısı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Boks hamı üçün" nümunəvi çıxışlar - 18 avqust, saat 18:00 (Hacıqabul rayonu, Heydər Əliyev Mərkəzinin qarşısı).

İdman.biz