Olimpiyaçımız final üçün Dohaya gedir

Xəbərlər
16 Noyabr 2023 09:24
193
Olimpiyaçımız final üçün Dohaya gedir

Noyabrın 18-də Qətərin paytaxtı Dohada güllə atıcılığı üzrə Dünya kubokunun final mərhələsi keçiriləcək.

İdman.biz xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.

Milli komandamızın lideri 25 m məsafəyə sürətli atəşaçmada medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan ilk idmançımızdır.

Emin Ağa

İdman.biz