Millimizdən 18-ci yer – Dünya kubokunda

Xəbərlər
22 May 2025 13:22
40
Millimizdən 18-ci yer – Dünya kubokunda

Atıcılıq üzrə gənclər arasında Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, Almaniyanın Sul şəhərində keçirilən yarışda qarışıq komandaların tapança ilə 10 m məsafədən atəş açma yarışı başlayıb.

Təsnifat mərhələsində 44 yığma hədəf önünə keçib. Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət Azərbaycan millisi 562 xal toplayıb. Bunun 287-si Vladislavın, 275-i Leylinin hesabındadır. Komandamız bu nəticə ilə 18-ci yeri tutub.

Qeyd edək ki, eyni növdə fərdi yarışlarda Kalmıkov final mərhələsində 8-ci, Əliyeva təsnifatda 26-cı olub.

İdman.biz