Atıcılıq üzrə gənclər arasında Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, Almaniyanın Sul şəhərində keçirilən yarışda oğlanların tapança ilə 10 m məsafədən atəş açma yarışı keçirilib.
Təsnifat mərhələsində 91 snayper hədəf önünə keçib. Azərbaycan atıcısı Vladislav Kalmıkov 577 xalla 4-cü yeri tutub.
O, bu nəticə ilə final mərhələsinə yüksələn “səkkizlik”də yer alıb. Həlledici mərhələdə 115,1 xal toplayan Vladislav yarışı 8-ci pillədə başa vurub.
Qeyd edək ki, qızların eyni növdəki yarışında Azərbaycan snayperi Leyli Əliyeva təsnifat mərhələsində 26-cı olub.
İdman.biz