Nigar Nəsirova lisenziya turnirinin final mərhələsində

Xəbərlər
14 Aprel 2024 09:41
Nigar Nəsirova lisenziya turnirinin final mərhələsində

Güllə atıcılığı üzrə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Təsnifat Turniri start götürüb.

İdman.biz xəbər verir ki, milli komandamızın snayperi Nigar Nəsirova 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada final mərhələsinə yüksəlib.

O, təsnifat mərhələsində 578 xal yığıb. Nəsirova yarışı uğurla başa vurarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Qeyd edək ki, güllə atıcılığında Ruslan Lunyov Olimpiadaya vəsiqəni təmin edib.

İdman.biz