Nigar Nəsirova və Ruslan Lunyov Dünya kubokunda

Xəbərlər
24 Yanvar 2024 12:12
199
Nigar Nəsirova və Ruslan Lunyov Dünya kubokunda

Bu gün Misirin paytaxtı Qahirədə atıcılıq üzrə Dünya kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı Nigar Nəsirova və Ruslan Lunyov təmsil edəcəklər.

Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança, 25 m-də tapança ilə sürətli atəşaçmada hədəf önünə keçəcək. Nəsirova isə qadınlar arasında 10 m-də pnevmatik, 25 m-də standart tapança ilə atəşaçma yarışlarında sərrastlığını yoxlayacaq.

Eyni zamanda, onlar 10 m pnevmatik tapança qarışıq komanda yarışlarda da iştirak edəcəklər.

Qeyd edək ki, Dünya kubokuna fevralın 1-də yekun vurulacaq.

İdman.biz