Ana olan idmançı dərman içdi, diskvalifikasiya oldu - ÖZƏL

Müsahibə
7 Yanvar 2026 17:46
115
Ana olan idmançı dərman içdi, diskvalifikasiya oldu - ÖZƏL

Azərbaycanlı stend atıcısı Rəna Ələsgərova Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qərarı ilə üç il müddətinə diskvalifikasiya olunub.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftahətdinovanın İdman.Biz-ə verdiyi açıqlamaya görə, ötən ilin iyun ayında daxili yarışlar zamanı Ələsgərovadan götürülən dopinq nümunəsi müsbət nəticə verib.

“Məsələ ondadır ki, Ələsgərova doğuşdan sonra ürəklə bağlı problemlər yaşayıb və bu səbəbdən müəyyən dərmanlar qəbul edib. Həmin preparatların tərkibində qadağan olunmuş maddələr aşkarlanıb. Onun səhvi ondan ibarət olub ki, bu problemlərlə əlaqədar idman həkiminə deyil, adi həkimə - tanışına müraciət edib. Halbuki biz idmançılarımızı hər zaman yalnız idman həkimlərinə müraciət etmələri barədə xəbərdar edirik. Digər tərəfdən onu da anlamaq olar: onun artıq 40 yaşı var, yenicə ana olub və həmin anda onun üçün əsas məsələ öz sağlamlığı və uşağının sağlamlığı idi. Amma qanun qanundur və indi o, böyük idmana yalnız üç ildən sonra qayıda biləcək”, - deyə olimpiya çempionu bildirib.

İdman.Biz