Cavid Həsənov: “Qızıl medala çox yaxın idim”

Xəbərlər
30 Sentyabr 2025 18:29
38
Cavid Həsənov: “Qızıl medala çox yaxın idim”

“Qızıl medala çox yaxın idim. Amma alınmadı. Ümid edirəm ki, gələn dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacağam”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri III MDB Oyunlarında oğlanların yarışında gümüş medal qazanan Azərbaycanın stend atıcısı Cavid Həsənov deyib.

İdmançımız çıxışından razı qaldığını bildirib: “Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Azarkeşlər də dəstəyini əsirgəmədilər. Bu, mənə əlavə stimul verdi. Rəqiblər də olduqca güclü idi. Maraqlı final alındı”.

Xatırladaq ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

İdman.biz