Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib

Xəbərlər
31 İyul 2025 14:01
80
Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun aktiv yelkən idmançısı və rüzgar sörfü üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Yelkən Federasiyası məlumat yayıb.

O, 20 yaşında dünyasını dəyişib. Ülviyyə Əhmədovanın skuter sürərkən “Mercedes” markalı avtomobilin vurması nəticəsində həyatını itirdiyi bildirilir.

İdman.biz