Millimiz üçün ilin ilk yarışı - "Mandarin kuboku”

Xəbərlər
2 Yanvar 2024 14:08
Millimiz üçün ilin ilk yarışı - "Mandarin kuboku”

Azərbaycanın yelkənli qayıq üzrə milli komandası ilin birinci yarışı - "III Mandarin kuboku" üçün Türkiyəyə yola düşüb.

İdman.biz xəbər verir ki, turnir yanvarın 3-7-də Bodrum Bələdiyyəsi Bodrumspor Klubu Yelkən Şöbəsinin ev sahibliyi ilə Bodrum-Muğlada keçiriləcək.

Azərbaycan Yelkən Federasiyasını idmançılarımız ILCA4 sinifindən Fidan Ağazadə, Optimist sinifindən Emel Məmmədli, Nərgiz Məmmədova, Nəzrin Məmmədova, Furkan Mustafayev, Davud Babazadə, Kamal Bəşirli, məşqçi Yasin Çakır və komanda rəhbəri Burcu Algon Giorgianni təmsil edəcək.

İdman.biz

Məqalədə: