Yelkən idmanı üzrə “Sailing Point Easter Regatta 2026”nın ikinci günü başa çatıb - FOTO

3 Aprel 2026 22:54
175
Yelkən idmanı üzrə “Sailing Point Easter Regatta 2026”nın ikinci günü başa çatıb

Sloveniyada keçirilən “Sailing Point Easter Regatta 2026” beynəlxalq yelkən yarışı davam edir.

İdman.Biz bildirir ki, Azərbaycan idmançılarının da mübarizə apardığı reqatanın 2-ci günü Portoroj akvatoriyasında əlverişli hava şəraiti və yüksək rəqabətlə yadda qalıb.

Sabit dəniz küləyi iştirakçılara 3 yarış keçirmək imkanı verib. Bununla da ümumi yarış sayı 6-ya çatıb və turnir cədvəlində liderlər qrupu formalaşmağa başlayıb.

“Sailing Point Easter Regatta 2026”nın 3-cü günündə də maraqlı və gərgin mübarizənin davam edəcəyi gözlənilir.

İdman.Biz