“Sailing Point Easter Regatta 2026” beynəlxalq yelkənli qayıq yarışına hazırlıq mərhələsinə start verilib.
İdman.Biz xəbər verir ki, turnir çərçivəsində keçirilən məşqlərin ilk günü komandamız üçün səmərəli və uğurlu yekunlaşıb.
İdmançılarımız yarış öncəsi hazırlıq prosesinin ilkin mərhələsini yüksək peşəkarlıqla tamamlayıblar. Komanda üzvlərinin motivasiyasının yüksək olduğu və hər bir iştirakçının növbəti mərhələlərə ciddi şəkildə fokuslandığı müşahidə olunur.
Məşqlərin ilk günündə əsasən su üzərindəki taktiki manevrlər və fiziki hazırlıq təmrinlərinə üstünlük verilib. “Easter Regatta” kimi nüfuzlu beynəlxalq turnirdə iştirak etmək komandamız üçün həm təcrübə, həm də ölkəmizin yelkənli qayıq idmanı sahəsindəki potensialını nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.
