Yeni Zelandiya millisi 122 ilin mənfi rekorduna imza atıb

Xəbərlər
14 Sentyabr 2025 00:16
46
Yeni Zelandiya millisi 122 ilin mənfi rekorduna imza atıb

Yeni Zelandiyanın reqbi üzrə yığması 122 illik tarixində ən böyük məğlubiyyətə uğrayıb.

İdman.biz bildirir ki, komanda Cənubi Afrika Respublikası (CAR) millisinə sensasiyalı şəkildə 10:43 hesabı ilə məğlub olub.

“Old bləks” heç vaxt belə fərqlə uduzmayıb.

Oyun Yeni Zelandiyanın paytaxtı Vellinqtonda "Wellington Regional Stadium"da dünya çempionatı çərçivəsində keçirlib. Hazırkı dünya çempionu CAR millisidir.

Bu komandalar arasında bir həftə əvvəl keçirilmiş oyunda zelandiyalılar 24:17 hesabı ilə qalib gəliblər.

İdman.biz