12 yaşadək reqbiçilərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.
İdman.biz xəbər verir ki, yığmamız artıq Bosniya və Herseqovinanın Zenisa şəhərinə yola düşüb.
Komandamız yeniyetmələr arasında "Zenitsa Cup" beynəlxalq turnirində mübarizə aparacaq. Yarışda Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Serbiya, Albaniya və İtaliya komandaları da iştirak edəcəklər.
Millimiz turnirə 14 oyunçu ilə yollanıb: Tahir Rəhimov, Cavad İsmayılzadə, Səid Zeynalov, İbrahim Mehdisoy, Ömər İbrahimli (hamısı “EAS Simurq”), Tamerlan Aydayev, Əzim Əlizadə, İbrahim Əlizadə, Vəli Vəlizadə (hamısı “Dunya Uorriors”), İsmayıl Salmanov (“Şamaxı OM”), Əli Qubadzadə, Hidayət Xəlilov, Ziya Oruclu, Nadir İsmayılov (hamısı “Qarabağ”).
Qeyd edək ki, yığmaya məşqçilər Eldar Kərimov və İlqar Qubadov rəhbərlik edir.
İdman.biz