Fransadan dünya çempionatında ardıcıl 2-ci qələbə

Xəbərlər
15 Sentyabr 2023 09:53
Fransadan dünya çempionatında ardıcıl 2-ci qələbə

Fransada keçirilən reqbi üzrə dünya çempionatı A qrupunda II turun oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, ilk matçda meydan sahibləri Uruqvay millisini sınağa çəkiblər.

İlk turda favoritlərdən sayılan Yeni Zelandiya üzərində sürpriz qələbə qazanan Fransa eyni uğuru təkrarlayıb. Onlar uruqvaylıları 27:12 hesabı ilə məğlub ediblər.

Qrupun digər matçında Yeni Zelandiya Namibiyanı qəbul edəcək.

A QRUPU

O X

  1. FRANSA: 2 8
  2. İTALİYA: 1 5
  3. YENİ ZELANDİYA 1 0
  4. URUQVAY 1 0
  5. NAMİBİYA 1 0

Qeyd edək ki, mundial oktyabrın 28-də başa çatacaq. Yarışda ümumilikdə 20 komanda 4 qrupda mübarizə aparır və ilk 2 yerin sahibi mərhələ adlayacaq.

Emin Ağa

İdman.biz