Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşəbbüsü əsasında Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
İdman.biz xəbər verir ki, Bakıda Dənizkənarı Bulvarda baş tutacaq tədbir iyunun 10-11-də olacaq.
İyunun 10-da saat 10:00-dan 15:00-a qədər Dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər. Ertəsi gün saat 11:00-dan 15:00-a qədər isə yarışlar təşkil olunacaq. Yarış iştirakçıları 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 m məsafəyə mübarizə aparacaqlar.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi ölkəmizdə avarçəkmə idman növünü təbliğ etmək, kütləviliyin təmini və populyarlığı artırmaqdır.
İdman.biz