Fərhad Əliyev: “Bu cür yürüşlər zamanı suyun üzündə bir növ təmizlik işləri aparılır”

Xəbərlər
11 Noyabr 2024 15:36
108
Fərhad Əliyev: “Bu cür yürüşlər zamanı suyun üzündə bir növ təmizlik işləri aparılır”

“Bu cür tədbirlər 2006-ci ildən bütün COP tədbirlərində təşkil olunub”.

Bunu İdman.bizə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

Qurum rəsmisi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Bakı bulvarında təşkil olunacaq COP29-a dəstək xarakterli “Təmiz suda avar çək!” devizi altında genişmiqyaslı yürüş barədə danışıb.

Əliyev bildirib ki, bu cür yürüşlər zamanı suyun üzündə bir növ təmizlik işləri aparılır: “Bütün bunların hamısı ətraf mühitə dəyən ziyanın və suda olan artıq tullantıların təmizlənməsinə kömək olur. Təşkilat bu dəfə belə tədbiri məhz Azərbaycanda təşkil edəcək. Xarici ölkədən 55 nəfər insan bu layihəyə qatılacaq. Təbii ki, tədbir zamanı Federasiya rəsmiləri də iştirak edəcək. Mingəçevirdən və Bakıdan olan avarçəkənlərimiz də birbaşa olaraq bu tədbirin təşkilində öz töhfəsini verəcəklər”.

Qeyd edək ki, yürüş noyabrın 17-də olacaq.

Banuçiçək Hüseynli
İdman.biz